Pikenin sevgilisi ilə Qvardiolanın münasibətləri ortaya çıxdı
08.04.2023 - 00:38
Pikenin sevgilisi ilə Qvardiolanın münasibətləri ortaya çıxdı

“Barselona”nın futbolçusu Jerar Pike sevgilisi Klara Kia Marta tərəfindən aldadılıb.

Apasport.az xəbər verir ki, gənc xanım 36 yaşlı müdafiəçiyə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə xəyanət edib.

İddiaya görə, ispaniyalı mütəxəssis övladları ilə eyni universitetdə oxuyan Marta ilə münasibətdə olub.

Tərəflər geniş müzakirələrə səbəb olan xəbərlə bağlı hələlik hər hansı açıqlama verməyiblər.

Qeyd edək ki, Jerar Pike bir müddət öncə keçmiş həyat yoldaşı Şakiraya məhz Marta ilə xəyanət etmişdi.

writer photo
Əlirza Əlirzalı
0