Pinamontinin transferində düyün
30.07.2022 - 23:41
Pinamontinin transferində düyün

“İnter”in futbolçusu Andrea Pinamonti “Atalanta”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi futbolçu ilə razılıq əldə etməyə də nail olub.

Amma iki klub arasında danışıqlar düyünə düşüb. Tərəflər transferin məbləğində razılıq əldə edə bilmir.

Milanlılar hücumçu üçün 20 milyon avro tələb edir. “Atalanta” isə yalnız 15 milyon ödəməyə razıdır.
 

writer photo
Əlirza Əlirzalı
0