Poçettinodan Kepa qərarı
19.06.2023 - 17:47
Poçettinodan Kepa qərarı

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, qolkiper İngiltərə klubunda çıxışını davam etdirəcək.

London təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino çalışdırıcının komandada qalmasını istəyib. Argentinalı mütəxəssis 28 yaşlı əlcək sahibini əsas qapıçı gözü ilə baxır.

Qeyd edək ki, Kepa 2018-ci ilin yayında “Atletik”dən 80 milyon avroya transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0