Polşa az qolla qalib gələcək - PROQNOZ
01.06.2022 - 12:46
Polşa az qolla qalib gələcək - PROQNOZ

Millətlər Liqasının start oyununda Polşa və Uels qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, A liqasının 4-cü qrupunun matçında meydan sahibləri favorit sayılır.

Tanınmış futbol şərhçisi Konstantin Qeniç də bu fikirdədir. O, polşalıların az qolla qalib gələcəyi qənaətindədir:

Klub futbolu pauza götürüb və biz yığmaların oyunlarına köklənmişik. Millətlər Liqası başlayır. Turnir Polşadakı qarşılaşma ilə start götürür. DÇ-2022-yə vəsiqəni qazanan Mixneviçin yetirmələri Vrotslavda Uelsə qarşı oynayacaq. Bu, A liqasının 4-cü qrupudur. Burada qrupun favoritləri hesab olunan belçikalılar və Niderland yığması da var. Polşa artıq DÇ-2022-yə yüksəlibsə, Uels Şotlandiya – Ukrayna cütünün qalibi ilə pley-off oynamalıdır. 

Bəli, uelslilər son vaxtlar yaxşıdırlar. DÇ-2022-nin seçmə mərhələsində 7 rəsmi oyundan ibarət məğlubiyyətsizlik seriyası var. Onlar daim qol vurur və evdə daha aqressiv oynayır, nəinki səfərdə. Üstəlik, düşünürəm ki, futbolçuların ağlında Şotlandiya və ya Ukrayna ilə matç Millətlər Liqasının startından daha vacibdir.

Ehtimal edirəm ki, evdə oynayan polşalılar böyük ölçüdə təzyiqsiz matçın favoritidir. Bu cütdə 1,85 əmsala bərabər olan Polşanın qələbəsini seçərdim. Bu qələbədə şübhə edənlər isə Polşanın bir və ya iki qol vuracağına, yəni meydan sahibləri üçün Alt gəlməsinə qoyuluş edə bilər. Polşa nadir hallarda meydanı qolsuz tərk edir. Amma Uelsə ikidən artıq qol vurması da çətin mümkün olsun. 1,6 əmsallıq bu variant da yaxşı görünür.

Proqnozum: 1 və ya meydan sahibləri Alt

writer photo
Əlirza Əlirzalı
0