Poqba da Səudiyyə Ərəbistanına doğru
10.07.2023 - 16:30
Poqba da Səudiyyə Ərəbistanına doğru

Pol Poqba karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, “Yuventus”un 30 yaşlı yarımmüdafiəçisinin xidmətində ərəblər maraqlıdır.

Fransalı oyunçunun “Əl-İttihad” klubuna keçəcəyi iddia edilir. Hətta futbolçu həftəsonunu Səudiyyə Ərəbistanına yollanaraq, komandanın infrastrukturu ilə də tanış olub.  

Ərəblər ona təxminən 100 milyon avro qazana biləcəyi üç illik müqavilə təklif edib. Zədə səbəbindən 2022/23 mövsümündə komandanın heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə edən oyunçu təklifi dəyərləndirmək üçün vaxt istəyib.

Qeyd edək ki, “Əl-İttihad” yay transfer pəncərəsində Kərim Benzema və N'Qolo Kante ilə müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0