Premyer Liqa klubu 7 futbolçusunu satır
07.07.2022 - 22:15
“Arsenal” yay transfer bazarında əlavə vəsait əldə etmək üçün heyətində islahat aparacaq.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bundan ötrü daha 7 futbolçusunu satmağa hazırlaşır.
Baş məşqçi Mikel Artetanın gedişinə qarşı çıxmadığı oyunçular arasında hücumçu Nikolya Pepe və qapıçı Bernd Leno da var. 30 yaşlı almaniyalı qolkiper Premyer Liqanın digər təmsilçisi “Fulhem”in maraq dairəsindədir.
Qeyd edək ki, Bernd Leno 2023, Nikolya Pepe isə 2024-cü ilin yayına qədər müqavilə ilə paytaxt klubuna məxsusdur.
0
0