Premyer Liqa klubunda yeni qapıçı
13.09.2022 - 16:25
Premyer Liqa klubunda yeni qapıçı

İngiltərənin “Everton” klubu yeni futbolçu ilə güclənib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi qapıçı Eldin Yakupoviçi transfer edib.

İsveçrə vətəndaşlığı olan bosniya və herseqovinalı qolkiper azad agent statusu ilə Liverpul klubuna qoşulub.     Onunla qısamüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, Eldinin son klubu “Lester” olub.
 

writer photo
Əlirza Əlirzalı
0