Avropanın top komandalarının avqust ayı üçün reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə 438 ən güclü klub yer alıb.
Sonuncu dəfə iyunda açıqlanan siyahıda bir sıra dəyişikliklər baş verib. Azərbaycan reytinq siyahısında üç klubla təmsil olunub.
Ardıcıl 9-cu dəfə avrokubokların qrupunda oynayacaq “Qarabağ” ölkəmizin ən yaxşısıdır. Qurban Qurbanovun yetirmələri 203 xala malikdir.
Ağdam klubu 75-ci yerdə qərarlaşıb. Azərbaycan çempionu ötən cədvəllə müqayisədə 5 addım irəliləyib.
“Neftçi” 33 xalla qitədə 215-ci pilləyə enib. Təmsilçimiz bir addım geri düşüb.
“Qəbələ” 5 xala 372-cidir. Bölgə təmsilçisi 1 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 2257 xala malik “Real” başçılıq edir.