Premyer Liqa klubundan 20 milyonluq transfer
17.01.2023 - 09:30
Premyer Liqa klubundan 20 milyonluq transfer

İngiltərənin “Nottinhem Forest” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi Danilo dos Santosu transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayındək müqavilə imzalanıb.

Braziliyalı üçün “Palmeyras”a 20 milyon avro ödəniləcək. Bu, klubun Premyer Liqaya qayıdışından sonra 25-ci transferidir.

Qeyd edək ki, Danilo 2022-ci ildə 28 oyunda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0