Krakov-2023: Quliyeva finişdə 4-cü oldu
20.06.2023 - 14:32
Krakov-2023: Quliyeva finişdə 4-cü oldu

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti mübarizəyə qoşulub.

İlahə Quliyeva qadınların 100 m məsafəyə qaçışında çıxış edib. O, finişə 12,39 saniyəyə çatıb.

Quliyeva B qrupundakı 7 iştirakçı arasında 4-cü olub. İdmançımız yarışı 10-cu yerdə başa vurub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 
 

writer photo
Əlirza Əlirzalı
0