Premyer Liqa nəhənginin istədiyi “Ayaks”lı
17.08.2022 - 09:46
Premyer Liqa nəhənginin istədiyi “Ayaks”lı

“Mançester Yunayted” transfer çalışmalarını sürətləndirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun maraq dairəsində olan oyunçulardan biri də “Ayaks”ın vingeri Antonidir.

“Qırmızı şeytanlar” yay boyu 22 yaşlı braziliyalının durumunu izləyib. Əsas namizədlərin keçidi baş tutmadığından, alternatv variant olan Antoninin “Old Trafford”a köçməsi gündəmə gəlib. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq rəhbərliklə görüşərək, bu transferin baş tutmasını istəyib.

Qeyd edək ki, Antoni ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 33 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə verib. Onun Niderland klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0