Milli üzvü qərarını verir
16.07.2022 - 22:51
“Mançester Yunayted”in sabiq futbolçusu Cessi Linqard gələn həftə yeni klubunu müəyyənləşdirməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü ən geci iyulun 22-də qərarını verəcək.
30 yaşlı orta sahə oyunçusu MLS klublarından gələn təklifləri rədd etməyə və ona ildə 10 milyon funt sterlinq ödəməyə hazır olan adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna keçməyə meyillidir. Hazırda danışıqlar son mərhələdədir.
Qeyd edək ki, Cessi Linqardın “Mançester Yunayted”lə müqaviləsi başa çatdığından, futbolçu azad agentdir.
0
0