Premyer Liqa tarixində ən böyük FƏRQ
09.10.2022 - 16:37
Premyer Liqa tarixində ən böyük FƏRQ

İngiltərə Premyer Liqa tarixinin ən böyükhesablı nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dünyanın bir nömrəli çempionatında ən böyük fərq 9 cavabsız qol olub.

Buna Premyer Liqa tarixində 4 dəfə şahidlik edilib. Onlardan biri də cari mövsümün əvvəlində yaşanıb. “Liverpul” IV turda “Bornmut”u darmadağın edərək, tarixi rekorda şərik çıxıb.

1-4. “Sauthempton” – “Lester” – 0:9 (25 oktyabr 2019-cu il)
“Mançester Yunayted” – “İpsviç” – 9:0 (4 mart 1995-ci il)
“Mançester Yunayted” – “Sauthempton” – 9:0 (2 fevral 2021-ci il)
“Liverpul” – “Bornmut” – 9:0 (27 avqust 2022-ci il)
5-10. “Tottenhem” – “Viqan” – 9:1 (22 noyabr 2009-cu il)
“Mançester Siti” – “Uotford” – 8:0 (21 sentyabr 2019-cu il)
“Sauthempton” – “Sanderlend” – 8:0 (18 oktyabr 2014-cü il)
“Çelsi” – “Aston Villa” – 8:0 (23 dekabr 2012-ci il)
“Çelsi” – “Viqan” – 8:0 (9 may 2010-cu il)
“Nyukasl” – “Şeffild Uenzdi” – 8:0 (19 sentyabr 1999-cu il)

writer photo
Əlirza Əlirzalı
0