Premyer Liqa tarixində ikinci gəlir
07.11.2022 - 23:38
Premyer Liqa tarixində ikinci gəlir

“Mançester Siti”nin ötən maliyyə ili üçün hesabatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun gəlirləri 704,18 milyon avro təşkil edib.

Bu, Premyer Liqa tarixində ikinci göstəricidir. 2018/19 mövsümündə “Mançester Yunayted” daha çox gəlirə nail olub. “Qırmızı şeytanlar” 719,08 milyonluq göstərici ilə fərqlənib.

Qeyd edək ki, “şəhərlilər”in təmin qazancı 47,82 milyona bərabər olub.
 

writer photo
Əlirza Əlirzalı
0