Premyer Liqa tarixinin ən güclü afrikalısı - Nə Droqba, nə Ture...
18.01.2024 - 23:50
Premyer Liqa tarixinin ən güclü afrikalısı - Nə Droqba, nə Ture...

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı afrikalı futbolçusu bəlli olub. 

Apasport.az "The Sun"a istinadən xəbər verir ki, "Four Four Two" jurnalının idman jurnalistləri arasında keçirilmiş sorğusunda Məhəmməd Salah hamıdan çox səs toplayıb. "Liverpul"un futbolçusu adlı-sanlı rəqiblərini qabaqlaya bilib.

Belə ki, ikinci pilləni "Çelsi" əfsanəsi Didye Droqba, üçüncü yeri isə Droqbanın həmyerlisi - Fil Dişi Sahili millisinin, "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Yaya Ture tutub. 

writer photo
Əlirza Əlirzalı
0