Premyer Liqada 89 ilin rekordu
07.12.2023 - 09:24
“Brayton” Premyer Liqada qeyri-adi rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Roberto De Dzerbinin yetirmələri mövsümün ilk 15 oyununda həm qol vurub, həm də buraxıb.
“Brayton” bunu son 89 ildə bacaran ilk komandadır. İngiltərə çempionatında son belə hadisə 1934/35 mövsümündə qeydə alınıb. Həmin vaxt “Vulverhempton” belə nəticə göstərib.
Qeyd edək ki, 15 turda 25 xal toplayan “Brayton” turnir cədvəlində 8-cidir.
0
0