“Nottinhem Forest” baş məşqçisi ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Stiv Kuperi istefaya göndərib.
44 yaşlı uelsli mütəxəssis komandanın zəif çıxışı səbəbindən postundan getməli olub. Komandaya Nunu Espirito Santos rəhbərlik edəcək. Portuqaliyalı məşqçinin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olub.
Qeyd edək ki, Kuperin rəhbərliyi altında “Nottinhem Forest” 23 illik fasilədən sonra 2022-ci ildə Premyer Liqaya qayıdıb. Son 5 matçda cəmi 1 xal qazanan komanda hazırda 17 oyundan sonra topladığı 14 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.