Dembele məlumatı təsdiqlənmədi
28.07.2023 - 20:24
Dembele məlumatı təsdiqlənmədi

Usman Dembelenin PSJ ilə ilkin razılıq etməsi xəbəri yayılmışdı.

Apasport.az saytı xəbər verir ki, bu informasiya təsdiqini tapmayıb.

Fransa mətbuatında Paris klubunun Dembele ilə hər hansı danışıqlar aparmadığı qeyd olunub. Amma futbolçunun agenti ilə bir neçə dəfə təmas qurulduğu vurğulanıb. PSJ yarımmüdafiəçi ilə bağlı “Barselona”ya heç bir təklif göndərmədiyi də bildirilib.

Qeyd edək ki, az əvvəl Usman Kataloniyada xoşbəxt olduğunu və komanda ilə yeni müqavilə imzalamağa hazır olduğunu açıqlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0