PSJ-dən Qaltye üçün 10 milyon avro
20.06.2022 - 09:21
PSJ-dən Qaltye üçün 10 milyon avro

“Nitsa”nın baş məşqçisi Kristof Qaltye PSJ-nin sükanı arxasına keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi 55 yaşlı mütəxəssis üçün tələb olunan vəsaiti ödəməyə razılıq verib.

Parislilər bunun üçün 10 milyon avrosundan keçməyə hazırdır. Qaltye Maurisio Poçettinonu əvəzləməlidir.

Qeyd edək ki, Qaltyenin nitsalılarla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0