PSJ Donnarumanı əvəzləyə bilər
12.04.2024 - 23:45
PSJ Donnarumanı əvəzləyə bilər

PSJ qapıçısı Canluici Donnarumanın çıxışından narazıdır.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Luis Enrike bu mövqeyə yeni futbolçu təklif edib.

İspan mütəxəssis "Atletik Bilbao"nun qapıçısı Unai Simonu heyətə qatmaq istəyir. Potensial yeni qolkiperin bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir. Qapıçının bask təmsilçisi ilə müqaviləsi gələn ilin ortalarına qədərdir. İspaniya çempionatının bu mövsümündə Unai 29 görüşdə iştirak edib, 26 qol buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

writer photo
Əlirza Əlirzalı
0