PSJ keçmiş sahibi İtaliyada klub almaq istəyir
19.01.2023 - 10:38
Fransanın PSJ klubunun keçmiş sahibi Tom Barak İtaliyadan komanda ala bilər.
Apasport.az saytı xəbər verir ki, amerikalı iş adamı “Roma”nın səhmlərinə yiyələnmək üçün danışıqlara başlayıb.
Paytaxt komandasının sahibi Dan Fridikin satışla bağlı müzakirələr aparmasının səbəbi isə “canavarlar”ın 219 milyon dollar borcu olmasıdır.
Qeyd edək ki, Tom Barak “Colony Capital” investisiya şirkətinin rəhbəridir.
0
0