PSJ Neymara klub axtarır
15.05.2023 - 12:21
Neymar mövsümün sonunda PSJ-ni tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, braziliyalı azarkeşlərlə bağlı qalmaqaldan sonra Fransa klubunda oynamaq istəmir.
Bu üzdən də cənubi amerikalı özünə yeni komanda axtarır. PSJ-də onun keçidinin əleyhinə deyil.
Parislilər onun transferi üçün mümkün variantlar axtarır. PSJ Neymarı icarəyə verməyə və hətta maaşının bir hissəsini ödəməyə də razıdır.
Qeyd edək ki, Neymarın müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
0
0