“Qarabağ” avrokubokların əsas mərhələlərində 10-cu qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, Avropa Liqasının qrup mərhələsinin II turuna təsadüf edib.
Qurban Qurbanovun yetirmələri Fransa “Nant”ını 3:0 hesabı ilə darmadağın edib. Bu, təkcə Ağdam klubu deyil, Azərbaycan klublarının ümumilikdə də 10-cu qələbəsi olub.
Təsnifat mərhələləri nəzərə alınmamaqla 70-ci matça çıxan Azərbaycan klubları bu müddətdə 17 heç-heçə edib və 43 dəfə uduzub. 56 qol vuran komandalarımız 123 top buraxıb.
Qeyd edək ki, avrokubokların əsas mərhələlərində “Qarabağ” 52, “Qəbələ” 12, “Neftçi” 6 matç keçirib.