PSJ-nin hücumçusu "Qalatasaray" YOLUNDA
08.01.2024 - 14:53
PSJ-nin hücumçusu "Qalatasaray" YOLUNDA

Fransa PSJ-nin yarımmüdafiəçisi Karlos Solerin Türkiyə çempionatına meçmək şansı var.

Apasport.az "Todofichajes"ə istinadla xəbər verir ki, İstanbulun "Qalatasaray" klubu 27 yaşlı ispaniyalı ilə maraqlanır. Türkiyə təmsilçisi cari transfer pəncərəsində sövdələşməni yekunlaşdırmağı planlaşdırır.

Potensial transfer məbləği 20 milyon avro olaraq qiymətləndirilir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyun ayının sonunda başa çatır.

Qeyd edək ki, Fransa çempionatının bu mövsümündə Soler 13 oyun keçirib, bu oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0