PSJ-nin istədiyi yarımmüdafiəçi
20.08.2022 - 12:43
PSJ-nin istədiyi yarımmüdafiəçi

“Verona”nın yarımmüdafiəçisi İvan İliç karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, PSJ 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Serbiya millisinin üzvünün italyanlarla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. İliçin transfer qiyməti 14 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, İvan İliç ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0