PSJ onu satır
25.07.2022 - 21:52
PSJ onu satır

PSJ futbolçusu Yulian Draksleri satır.

Apasport.az saytının məlumatına görə, alman yarımmüdafiəçi “Nyukasl”a keçməyə yaxındır.

İki klub arasında danışıqlar yekunlaşmaq üzrədir. PSJ futbolçusu üçün 20 milyon avro almağı planlaşdırır. Bu rəqəm bonuslar hesabına 30 milyona qədər arta bilər.

Qeyd edək ki, Yulianın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0