Qakpo millinin oyunlarını buraxacaq
02.10.2023 - 19:21
Qakpo millinin oyunlarını buraxacaq

Niderland millisinin və “Liverpul”un futbolçusu Kodi Qakponun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, hücumçu zədə səbəbindən bir neçə həftə məşqlərdən kənar qalacaq.

O, Premyer Liqanın VII turunun “Tottenhem”lə matçında (1:2) xəsarət alıb. Bu səbəbdən Qakpo oyunun fasiləsində əvəzlənib. Onun yığmanın oktyabr matçlarını da buraxacağı gözlənilir.

Qeyd edək ki, Kodi bu qarşılaşmanın birinci hissəsində qol vurub.

writer photo
Əlirza Əlirzalı
0