"Qalatasaray" "Betis"in futbolçusunu istəyir
15.01.2024 - 16:01
"Qalatasaray" "Betis"in futbolçusunu istəyir

"Qalatasaray" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirir.

Apasport.az xəbər verir ki, Tanquy Ndombele ümidləri doğrulda bilmədiyi üçün klubun çalışdırıcısı Okan Buruk "Betis" forması geyinən Nabil Fekiri komandada görmək istəyir.

"Aslanlar"ın klubla danışıqlara başladığı bildirilir. Zədəsindən sonra oynamaq şansı olmayan fransız futbolçu bu transferə isti baxır.

Qeyd edək ki, Nabil "Betis"ə Fransanın "Lion" klubundan keçib.

writer photo
Əlirza Əlirzalı
0