"Qalatasaray" dünya çempionunu istəyir
30.01.2024 - 16:29
"Qalatasaray" dünya çempionunu istəyir

"Qalatasaray" transfer dönəmində sol cinah müdafiəsini dünya çempionu ilə gücləndirmək istəyir. 

Apasport.az xəbər verir ki, klub "Lion"da çıxış edən argentinalı cinah müdafiəçisi Nikolas Taqliafiko ilə maraqlanır. 

"Sarı-qırmızılılar" 31 yaşlı futbolçu üçün Fransa klubu ilə danışıqlara başlayıb. 

Bu mövsüm "Lion"da 17 matça çıxan futbolçu 1 qol, 1 asist ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0