“Qalatasaray” onu icarəyə götürmək istəyir
09.01.2023 - 12:18
“Qalatasaray” onu icarəyə götürmək istəyir

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Apasport.az saytı xəbər verir ki, “sarı-qırmızılar” İngiltərə “Çelsi”sindən Hakim Ziyeşi heyətə cəlb etmək istəyir.

Mərakeş milli komandasının 29 yaşlı hücumçusu “zadəganlar”ın heyətində az oynadığı üçün başqa kluba keçmək arzusundadır. “Qalatasaray” isə futbolçunu icarəyə götürməkdə maraqlıdır.  

Qeyd edək ki, “Çelsi” ilə müqaviləsi 2025-ci ildə bitəcək Ziyeş bu mövsüm 12 oyunda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0