"Qalatasaray" "Real Madrid"lə transfer mübarizəsində
06.08.2024 - 20:32
"Qalatasaray" "Real Madrid"lə transfer mübarizəsində

"Qalatasaray" heyətini gücləndirməyə çalışır.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" müdafiəçilər Aymerik Laport və Serxio Requilonu transfer etmək istəyir.

"Tottenhem" Requilonun ayrılığına isti baxır. Laport isə özü "Əl Nəssr"lə vidalaşmaq istəyindədir.

Qeyd edək ki, Aymerik Laportun xidmətində maraqlı olan klublar arasında "Real Madrid" də var. Bu cəhətdən "Qalatasaray"ın transferi gerçəkləşdirmək şansları yüksək qiymətləndirilmir. 

writer photo
Əlirza Əlirzalı
0