"Qalatasaray"da ayrılıq
10.01.2024 - 10:32
"Qalatasaray" ispaniyalı futbolçusu Anxelinyo ilə yolları ayırmaq istəyir.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "sarı-qırmızılar" transfer dönəminin başlaması ilə 27 yaşlı oyunçunun müqaviləsinə xitam verəcək.
İstanbul təmsilçisinin heyətində 17 matça çıxan Anxelinyo 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, ispaniyalı cinah oyunçusu mövsümün əvvəlində "Leypsiq"dən "aslanlar"a icarə əsasında keçib.
0
0