"Qalatasaray"da ciddi itki
26.08.2024 - 20:32
"Qalatasaray"da ciddi itki

"Qalatasaray"ın ulduzu Vilfred Zaha "Yanq Boyz" matçı öncəsi məşqə çıxmayıb.

Apasport.az xəbər verir ki, buna səbəb onun xəstələnməsi olub.

Onun səhhəti ilə bağlı son qərar oyun günü veriləcək. Əgər xəstəliyi sağalmazsa, görüşdə meydana çıxmayacaq.

Qeyd edək ki, İstanbulda keçiriləcək "Qalatasaray" - "Yanq Boyz" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

writer photo
Əlirza Əlirzalı
0