"Qalatasaray"dan futbolçulara jest
20.09.2023 - 16:21
"Qalatasaray"dan futbolçulara jest

Yenidən Çempionlar Liqası səhnəsinə qayıdan “Qalatasaray” turnirin ilk oyununda Danimarka təmsilçisi “Kopenhagen”i qəbul edəcək.

Apasport.az saytı xəbər verir ki, matça xüsusi hazırlaşan “cim-bom”da klub rəhbərliyi maraqlı addımı ilə gündəmə gəlib.

Belə ki, idarə heyətinin qərarına əsasən, əgər “sarı-qırmızılılar” ilk matçını qələbə ilə tamamlasa, futbolçulara 1 milyon avro mükafat veriləcək. Sözügedən məbləğin oyunçular arasında bölünməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Qalatasaray” – “Kopenhagen” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0