"Qalatasaray"dan nəhəng müqavilə: 5 il üçün 25 milyon avro
20.11.2023 - 22:55
"Qalatasaray"dan nəhəng müqavilə: 5 il üçün 25 milyon avro

"Qalatasaray" Puma ilə 2024-cü ilin iyulundan 2029-cu ilin iyununa qədər qüvvədə olacaq sponsorluq müqaviləsi imzalandığını açıqlayıb.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" bu müqaviləyə əsasən 5 mövsüm üçün 25 milyon avro sabit ödəniş alacaq. 

Klubdan verilən açıqlamada qeyd edilib ki, sponsorluq və lisenziya müqaviləsi çərçivəsində 5 mövsüm qüvvədə olacaq 25 milyon avroluq xalis ödənişə əlavə olaraq, idman nailiyyətlərinə əsaslanaraq qurulan bonus və mükafat ödənişi də Puma tərəfindən satılacaq lisenziyalı məhsullar üzərindən "Qalatasaray"ın hesabına köçürüləcək.

writer photo
Əlirza Əlirzalı
0