Fati üçün 60 milyonluq təklif
09.02.2023 - 15:49
Fati üçün 60 milyonluq təklif

"Mançester Yunayted" Ansu Fati üçün "Barselona"ya yeni təklif göndərib.

Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” ispaniyalı futbolçuya görə 60 milyon avrosundan keçməyə hazırdır. 

Lakin hələlik Kataloniya təmsilçisi ingilislərə cavab verməyib. 

Qeyd edək ki, 20 yaşlı hücumçunun “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayında bitəcək. İspaniya millisinə də dəvət olunan Fati bu mövsümdə 31 oyunda iştirak edərək, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0