"Qalatasaray"dan zirvə yolunda kritik xal itkisi - VİDEO
12.01.2024 - 10:33
"Qalatasaray"dan zirvə yolunda kritik xal itkisi - VİDEO

Türkiyə Super Liqasının 16-cı həftəsinin təxirə salınan matçında "Sivasspor" və " Qalatasaray" üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu nəticə ilə "Qalatasaray" xallarını 48-ə yüksəldib.

Beləliklə, 8 həftə sonra turnir cədvəlində zirvədəki bərabərlik pozulub. "Fənərbaxça" 50 xal ilə vahid lider olub, "Qalatasaray" 48 xalla ikinci sırada qərarlaşıb. 

Qeyd edək ki, "Sivasspor" xallarının sayını 25-ə çatdırıb və 10-cu pillədə qərarlaşıb. 

writer photo
Əlirza Əlirzalı
0