Mane Ronaldonun yanına yollanır
21.07.2023 - 00:09
Mane Ronaldonun yanına yollanır

Sado Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyindədir.

Apasport.az saytı xəbər verir ki, o, “Əl-Nəsr”in təklifini qəbul edib.

Bu barədə Fransa mətbuatında xəbər yayılıb. “Bavariya” seneqallı hücumçunun satılmasında maraqlıdır. Mane baş məşqçi Tomas Tuhelin planlarına daxil deyil və 31 yaşlı hücumçunun transferi 32 milyon avroya başa gələcək. Əgər keçid baş tutarsa, Sado Kriştiano Rolnaldo ilə bir komandada çıxış edəcək.

Qeyd edək ki, ötən yayda “Bavariya”ya keçən Mane 25 oyunda meydana çıxıb. O, bu görüşlərdə 7 qol, 5 ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0