Stolüstü tennsiçilərimiz Antalyada beynəlxalq turnirdə
16.01.2024 - 09:35
Stolüstü tennsiçilərimiz Antalyada beynəlxalq turnirdə

Bu gün Türkiyədə stolüstü tennis üzrə “WTT Youth Contender” beynəlxalq turnirinə start verilir.

Apasport.az xəbər verir ki, Antalya şəhərində təşkil olunan yarışda Azərbaycan də təmsil olunur. 

Belə ki, yığmamızın 3 üzvü artıq qardaş ölkəyə yollanıblar. 2024-cü ilin ilk beynəlxalq turnirində ölkəmizin şərəfini Adil Əhmədzadə, Mərziyyə Nurmətova və Aylin Əsgərova qoruyacaq. Təmsilçilərimiz Ramil Cəfərovun rəhbərliyi ilə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışa yanvarın 19-da yekun vurulacaq. 

writer photo
Əlirza Əlirzalı
0