"Qalatasaray" qışda heyətini mərkəz müdafiəçisi ilə gücləndirmək istəyir.
Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq hədəflərini müəyyənləşdirib.
"Cim-Bom"un radarında 2 türk stoper var.
Bunlar icarə əsasında "Valensiya"da çıxış edən Cenk Özkaçar və "Adana Demirspor"lu Samet Akaydındır.
Daha əvvəl "Sassuolo"nun müdafiəçisi Kaan Ayhanla maraqlanan "sarı-qırmızılar" maliyyə məsələsi və oyunçunun performansındakı geriləməyə görə bu keçiddən imtina edib.
Qeyd edək ki, müqavilə ilə "Lyon"a məxsus olan Cenk Özkaçar "yarasalar"ın formasını cəmi 3 matçda geyinib. 28 yaşlı Samet Akaydın isə bu mövsüm Super Liqada 13 görüş keçirib və 1 qol vurub.