Qaltye Neymarla bağlı qərarını verdi
23.07.2022 - 15:26
Neymar PSJ-dən ayrılmağı düşünmür.
Apasport.az saytının məlumatına görə, Paris klubunda baş məşqçi dəyişikliyi braziliyalı ilə bağlı qərarda dəyişikliyə səbəb olub.
30 yaşlı hücumçu transferə çıxarılması ilə bağlı yayılan söz-söhbətlərə baxmayaraq, komandada qalmaqda qərarlıdır. Yeni baş məşqçi Kristof Qaltye də onunla meydandakı mövqeyi və rolunun dəyişməsi barədə pozitiv söhbətlər aparıb. Neymar çox güman ki, yalançı “9 nömrə” kimi çıxış edəcək, Lionel Messi isə yarımmüdafiəçi rolunu daşıyacaq.
Qeyd edək ki, Neymar “Çelsi”nin transfer gündəmindədir.
0
0