Qətər klubu Rodrini 8 milyon avroya alıb
09.09.2024 - 12:55
Qətər klubu Rodrini 8 milyon avroya alıb

"Sevilya"nın yarımmüdafiəçi Rodri Sançes La Liqa klubundan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı ispaniyalı karyerasını Qətərin "Əl Ərəbi" klubunda davam etdirəcək.

"Transfermarkt" portalının məlumatına görə, "Əl Ərəbi" İspaniya klubuna 8 milyon avro ödəyib. 

Sançes Qətər klubu ilə 3 illik müqavilə imzalayıb.

Rodri Betis futbol akademiyasının yetirməsidir. Yarımmüdafiəçi bütün turnirlərdə "Sevilya"nın heyətində 127 oyun keçirib, 8 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0