İtaliya millisinin və "İnter"in futbolçusu Françesko Acerbi yığmanın heyətindən çıxarılıb.
Apasport.az xəbər verir ki, Acerbinin "Roma" ilə matçda rəqib futbolçu Xuan Jesusa qarşı irqçilik etdiyi iddia edilib.
İtaliya A Seriyasının 29-cu həftəsində keçirilən "İnter" - "Napoli" (1:1) matçında rəqibi Xuan Jesusa qarşı irqçilik etdiyi iddia edilən Françesko Acerbi milli komandadan uzaqlaşdırılıb.
İtaliya Futbol Federasiyasının sosial media hesabında edilən paylaşımda düşərgəyə "İnter"in 36 yaşlı futbolçusu Acerbinin yerinə "Roma"da çıxış edən Canluka Mançininin dəvət edildiyi qeyd olunub .
Qeyd edək ki, İtaliya martın 22-də Venesuela ilə, martın 24-də Ekvadorla yoldaşlıq oyunu keçirəcək.