Qətərli şeyxin “Mançester Yunayted” məyusluğu
08.06.2023 - 22:16
Qətərli şeyx “Mançester Yunayted” satınalma prosesindən narazıdır.
Apasport.az saytı xəbər verir ki, Casim bin Hamad Al Tani sabah qarşı tərəfə sonuncu təklifini verəcək.
Qətərli biznesmen Mançester klubuna 5 milyard dollardan əlavə infrastuktur və transferlərə görə 1 milyard ödəməyə hazırdır. Amma qarşı tərəfin prosesi uzatması Hamad Al Tanini məyus edib. Əgər o, sabah müsbət cavab almasa, “Mançester Yunayted” sevdasından əl çəkməli olacaq.
Qeyd edək ki, ötən ilin sonlarından klubun hazırki sahibi Qleyzerlər ailəsinə təklif göndərən şeyx Casim məqsədinə çata bilməyib.
0
0