Qollu ekspress KUPON
26.05.2022 - 12:05
Qollu ekspress KUPON

Konfrans Liqasının finalından sonra bütün Avropa Çempionlar Liqasının “Real”la “Liverpul” arasında möhtəşəm finalını gözləsə də, bəzi ölkələrdə digər oyunların həyəcanı hökm sürür.

Apasport.az saytının məlumatına görə,  qardaş Türkiyədə “Kayserispor”la “Sivasspor” ölkə kuboku və Avropa Liqasına vəsiqə üçün mübarizə aparacaqsa, şimal ölkələrində çempionat matçları baş tutacaq.

Tanınmış rusiyalı futbol eksperti Andrey Bondarenko da bu oyunlarla bağlı kupon hazırlayıb. O, proqnozsevərlərə iki qarşılaşmadan ibarət ekspress təklif edir.

3,25 əmsala bərabər kupon təklif edən ekspert qollu matçlar gözləyir. Bondarenko Türkiyə kubokunda hər iki komandanın fərqlənəcəyinə, Norveçdə isə 3 və ya daha çox qolun vurulacağına əmindir.

“Kayserispor” – “Sivasspor”: Q/Q
“Rusenborq” – “Hoqesund”: ÜST2,5
 

writer photo
Əlirza Əlirzalı
0