Qvardiola axtardığını tapdı
04.02.2023 - 11:12
Qvardiola axtardığını tapdı

“Mançester Siti” komandadan ayrılacaq İlkay Gündoğana əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Pep Qvardiolanın bu mövqedə görmək istədiyi futbolçu Aleksis Makallisterdir.

Mütəxəssis “Brayton”un yarımmüdafiəçisini sərəncamında görmək istəyir. O, argentinalı oyunçunun İlkayı əvəzləyəcəyi qənaətindədir.

Qeyd edək ki, Aleksis Argentina millisinin heyətində DÇ-2022-nin çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0