Qvardiola etiraf etdi: “Nunesi şişirtmişəm”
25.09.2023 - 17:16
Qvardiola etiraf etdi: “Nunesi şişirtmişəm”

Pep Qvardiola maraqlı bir etirafı ilə gündəm olub.

Apasport.az saytı xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi 25 yaşlı yarımmüdafiəçisi Mateus Nunesi dünyanın ən yaxşı futbolçularından biri adlandırarkən şişirtdiyini etiraf edib.

52 yaşlı ispan özünü təmizə çıxarmağa çalışıb: “Nunes həqiqətən də yaxşı oyunçudur, lakin mən bunu Çempionlar Liqasının 2021/22 mövsümünün 1/8 final mərhələsinin “Sportinq”ə qarşı ilk oyununda (5:0) demişdim. Bəli futbolçunun bacarığını şişirtmiş ola bilərəm. Bununla belə, onun müstəsna oyunçu olduğunu düşünürəm”.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm Premyer Liqada 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0