Qvardiolanın bəyəndiyi yarımmüdafiəçi
10.05.2023 - 17:22
Qvardiolanın bəyəndiyi yarımmüdafiəçi

“Çelsi”nin futbolçusu Mateo Kovaçiç yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi “Mançester Siti”nin maraq dairəsindədir.

Dortmund “Borussiya”sının futbolçusu Cud Bellinqemin transferindən əlini üzən “şəhərlilər” bütün diqqətini Kovaçiçə yönəldib. Baş məşqçi Pep Qvardiola 29 yaşlı balkanlının oyun üslubunu bəyəndiyi üçün komandasında görmək istəyir.

Xorvatiyalı cari mövsümdə 35 matç keçirib. Onun hesabında 2 qol və 2 məhsuldar ötürmə var.

Qeyd edək ki, Mateonun London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0