Rahil Polşa klubunda debüt etdi
24.01.2024 - 03:36
Rahil Polşa klubunda debüt etdi

Azərbaycan millisinin üzvü Rahil Məmmədov yeni transfer olunduğu Polşanın "LKS Lodz" klubunda debüt edib.

Apasport.az xəbər verir ki, o, Türkiyə toplanışı çərçivəsində Qazaxıstanın "Atırau" komandası ilə keçirilən yoxlama oyununda meydana çıxıb.

Start heyətdə yer alan Məmmədov ilk 45 dəqiqə ərzində meydanda qalıb. Oyun Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, bir neçə gün əvvəl "Qarabağ"dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.

writer photo
Əlirza Əlirzalı
0