“Rayo Valyekano”da yeni baş məşqçi
14.02.2024 - 15:09
“Rayo Valyekano”da yeni baş məşqçi

“Rayo Valyekano” klubuna yeni baş məşqçi təyin edilib. 

Apasport.az xəbər verir ki, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Madrid klubu İnyiqo Pereslə anlaşıb. Bu, 36 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk iş yeridir.

Futbolçu karyerasını 2022-ci ilin yayında bitirən Peres bunadək köməkçi məşqçi kimi çalışıb. 

 

writer photo
Əlirza Əlirzalı
0